Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA
6 Fevral 2025
12:56 - 6 Fevral 2025
Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis təyin edilib.
Manset.az-ın “Qaynarinfo”ya istinadən məlumata görə, bununla bağlı DGK sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, gömrük polkovniki Yusifov Kamran İsa oğlu Balakən Gömrük İdarəsinin rəisi təyin edilib.
K.Yusifov bundan əvvəl Balakən rayonundakı Mazımqara gömrük postunun rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilərək Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi təyin olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin