Kişi metronun qapısını sındırdı - VİDEO

12:39 - 6 Fevral 2025

Kişi metronun qapısını sındırdı - VİDEO

Moskvada 27 yaşlı kişinin metroda zarafat etməsindən sonra ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Vandalizm” maddəsi ilə cinayət işi açılıb.

 

Bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İşdən qayıdan bir kişi metronun çıxışında qapısında dayanıb. Görüntülərə görə, onun çıxmağı planlaşdırdığı qapı bağlı olub. Sonra digər qapıdan çıxıb və onu "buraxmayan" qapını təpikləyib. Bu da qapının qırılmasına səbəb olub. Bundan sonra şəxs heç nə olmamış kimi telefonundan nəsə oxuyaraq yoluna davam edib.

Xuliqan hərəkətini “qapıya qəzəbli” olması ilə izah edib.

 

Xəbər xətti

6 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin