Əməliyyatda canlı yayım açan plastik cərrahın lisenziyası ləğv edildi

12:05 - 6 Fevral 2025

Əməliyyatda canlı yayım açan plastik cərrahın lisenziyası ləğv edildi

"Azər-Türk Med" klinikasında plastik cərrah kimi fəaliyyət göstərən Təbəssüm Qurbanovanın da lisenziyası ləğv edilib.

 

Manset.az Lent.az-a istinadla xəbər verir ki, Təbəssüm Qurbanova bir müddət əvvəl əməliyyat zamanı canlı yayın açdığı üçün medianın gündəminə gəlmişdi.

Təbəssüm Qurbanova bir müddət əvvəl əməliyyat zamanı canlı yayım açdığı üçün medianın gündəminə gəlmişdi.

Mediada yayılan məlumatlara görə, Təbəssüm Qurbanova "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun yaxın qohumudur.

Qeyd edək ki, bundan əvvəl plastik cərrahlar - Sevinc Heydərova, Bəhicə Kərimova, Rəna Quliyeva, Könül Ağamirova və Şövkət Əliyevanın da lisenziyaları ləğv olunub.

Bununla da lisenziyası ləğv olunan plastik cərrahların sayı 6-ya çatıb.


Xəbər xətti

7 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin