Neymar 12 ildən sonra ilk dəfə "Santos"da çıxış etdi

10:04 - 6 Fevral 2025

Neymar 12 ildən sonra ilk dəfə

Braziliyalı hücumçu Neymar 12 ildən sonra kluba qayıdarkən "Santos"un heyətində ilk dəfə meydana çıxıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Futbolçu “Botafoqo” ilə matçın ikinci hissəsində əvəzedici heyətlə meydana çıxıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Forvard heç bir təsirli hərəkət göstərməyib.

Neymar 2009-2013-cü illərdə "Santos"da çıxış edib.

Yanvarın 28-də Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun Neymarla müqaviləni pozduğu məlum olub.


Xəbər xətti

6 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin