"Trampın Qəzza planı qəbuledilməzdir" - Almaniya prezidenti

00:45 - 6 Fevral 2025

İsrail və Fələstin məsələsinə də toxunduq. Biz razıyıq ki, atəşkəs ilk addımdır. Bu, qalan girovların azad edilməsi və humanitar fəlakətin sonu üçün ilk addımdır.

 

Manset.az xəbər verir ki, bu sözləri Türkiyədə səfərdə olan Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Fələstinliləri Qəzza zolağından köçürmək və ya sürgün etmək təklifləri narahatlıq və qorxu yaradır. Bu cür təkliflər beynəlxalq hüquq baxımından da qəbuledilməzdir. Biz də Almaniya olaraq iki dövlətli həllin tərəfdarıyıq”, - deyə o bildirib.


Xəbər xətti

6 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin