Dəhşətli zəlzələdən 2 İL ÖTÜR
6 Fevral 2025
00:20 - 6 Fevral 2025
Ruanda ordusunun dəstəklədiyi “23 Mart Hərəkatı”nın (M23) üsyançıları Cənubi Kivu əyalətinin paytaxtı Bukavu şəhərinin strateji əhəmiyyətli hava limanına yaxınlaşaraq Konqo Demokratik Respublikasının şərqindəki Nyabibve şəhərini ələ keçirib.
Manset.az xəbər verir ki, bu barədə “Actualite” portalı məlumat yayıb.
"Nyabibve şəhəri “M23”ün bölmələri ilə Konqo hökumət qoşunları arasında şiddətli döyüşlərdən sonra süqut etdi", - portal bölgədə fəaliyyət göstərən humanitar təşkilatlardan birinin məlumatlarına istinad edib.
"Hər şey üsyançıların hücumu davam etdirmək niyyətində olduqlarını göstərir", - “Actualite” vurğulayıb.
Nyabibveyə hücum səhər tezdən başlayıb və günortaya yaxın üsyançılar şəhərin mərkəzinə daxil olublar. Qruplaşmanın bir gün əvvəl elan etdiyi atəşkəsə baxmayaraq döyüşlər davam edib.
Nyabibvenin tutulması BMT-nin Konqodakı sabitləşdirmə missiyası ilə bağlı narahatlıqları artırıb, çünki üsyançılar humanitar və digər təchizatların daşınması üçün əsas kanal olan strateji hava limanına doğru irəliləməyə davam edir. Hava limanı Kavumu yaşayış məntəqəsində yerləşir və onun ərazisində BMT-nin sülhməramlı bölmələri yerləşdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin