“Adımdan beh alır” - Xatirə İslamdan ŞOK açıqlama

23:36 - 5 Fevral 2025

“Adımdan beh alır” - Xatirə İslamdan ŞOK açıqlama

Tanınmış müğənni Xatirə İslam instaqram hesabında paylaşım edərək həmkarı, dostu Nicat Məhərrəmlinin onun adından dələduzluq etdiyini iddia edib.

 

Manset.az xəbər verir ki, bu haqda Xatirə İslam instaqram hesabında paylaşım edib.

“Ailələrinə yaxın olmuşuq. Rəhmətlik anası vasitəsilə dost olmuşuq. Mənim adımdan dəfələrlə insanlardan beh alıb. Sonra isə zəng edib deyib ki, “Xatirə xanım xəstədir. Toyda iştirak edə bilməyəcək”. Mənə sənət yoldaşlarım, dostlarım, aparıcılar da Nicatın borc istəməsi ilə bağlı zəng edib. Adlarını da çəkə bilərəm”.

Vaxt olub ki, anası Yaqut xanım onun borclarına görə qızıllarını satıb. Nicatın bu problemlərini həll edib. Anadır, utanıb, narahat olub. Valideyn üçün də çox ağırdır:

“Anası rəhmətə gedəndə Nicat dedi ki, “pis vərdişlərimə tövbə etmişəm”.

Bir mahnı aldım verdim, bütün xərcləri də öz boynuma götürdüm. Hətta dedim ki, klip də çəkdirəcəyəm və xərclərini özüm ödəyəcəyəm. Sənin də bütün müğənnilər kimi əlin çörəyə çatsın. Tanınmış ol, səsin var, sənətin var. Mənə “tövbə etmişəm” deyir, amma bu gün də adımdan beh alır. Mən söz götürən adam deyiləm”, - paylaşımda qeyd olunub.

Nicat isə Xatirənin postuna şərh yazaraq üzr istəyib:

“Nə desən düz deyirsən. Sən mənə bacı olmusan, həmişə dəstək vermisən. Bu bir səhv idi və üzr istəyirəm, bağışla”.

Həmin paylaşımı təqdim edirik:


Xəbər xətti

6 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin