Netanyahudan Trampa simvolik hədiyyə - FOTO

22:35 - 5 Fevral 2025

Netanyahudan Trampa simvolik hədiyyə - FOTO

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşüb. Netanyahu Trampa “Hizbullah”a qarşı əməliyyatın xatirəsi olaraq biri adi, digəri qızıl olan iki peycer hədiyyə edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

O bildirib ki, Donald Tramp peycerlərin kütləvi partlayışını “böyük əməliyyat” adlandırıb.

Qeyd edək ki, peycerlərin bombalanması əməliyyatı 2024-cü il sentyabrın 17 və 18-də Livan və Dəməşqdə həyata keçirilib. 

Livanın Səhiyyə Nazirinin verdiyi məlumata görə, partlayışlar uşaqlar da daxil olmaqla ən azı 37 nəfərin ölümünə, 3 minə yaxın insanın isə yaralanmasına səbəb olub.



Xəbər xətti

6 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin