"Həqiqət uğrunda mübarizə aparmışıq" - Gürcüstanın XİN başçısı

22:15 - 5 Fevral 2025

Gürcüstanda həqiqət uğrunda mübarizə aparmışıq.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

O, qeyd edib ki, ölkə ilə bağlı məsələlərdə həqiqət axtarışı zamanı ciddi çətinliklərlə üzləşiblər.

“Bu gün cəmiyyətimiz daha aydın görür ki, qanunun aliliyi və dövlətin düzgün işləməsi məsələlərində nə qədər böyük güclə mübarizə aparmalı olmuşuq”, - nazir vurğulayıb.

M.Boçorişvili bir sıra dövlətlərin ölkələrin xeyrinə təqdim etdiyi xarici yardımların əslində bəzən düzgün istifadə olunmadığını vurğulayıb. O, həmçinin ABŞ-nin yeni administrasiyasının Gürcüstan hökumətinin uzun illər diqqət çəkdiyi fondların fəaliyyətinə xüsusi önəm verdiyini bildirib.


Xəbər xətti

6 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin