Dəhşətli zəlzələdən 2 il ötür
6 Fevral 2025
21:44 - 5 Fevral 2025
Ötən il dekabrın əvvəlində bağlanan Suriyanın Latakiya və Qamışlı şəhərlərinin hava limanları azı fevralın 15-dək təyyarələri qəbul etməyəcək.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Dəməşq” uçuş-informasiya ərazisinin dispetçer xidmətindən bildirilib.
“Fevralın 15-i axşama qədər Latakiya və Qamışlı hava limanlarına bütün uçuşlar, eləcə də oradan bütün uçuşlar təxirə salınıb”, - agentliyin mənbəsi deyib.
O xatırladıb ki, hava limanları ötən il dekabrın 8-də ölkədəki vəziyyətlə əlaqədar bağlanıb. Onlarla yanaşı, ölkənin ən böyük hava limanları - Dəməşq və Hələbdəki aeroportlar da bağlanıb, üstəlik, Suriya hava məkanından üçüncü ölkələrə uçuşların tranziti də dayandırılıb. Daha sonra tranzit bərpa olunub, yanvarın 7-dən isə həm Suriya, həm də xarici aviadaşıyıcılar tərəfindən Dəməşqdən beynəlxalq reyslər həyata keçirilməyə başlanılıb.
Hələb hava limanına gəlincə, daha əvvəl tətbiq edilmiş iş rejimi fevralın 10-u axşama qədər qüvvədə qalacaq ki, bu da təyyarələrin yalnız mülki aviasiya sahəsində tənzimləyici dövlət orqanının xüsusi icazəsi ilə qəbulunu və göndərilməsini nəzərdə tutur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin