Hava ilə bağlı XƏBƏRDARLIQ
6 Fevral 2025
21:12 - 5 Fevral 2025
Xəbər verdiyimiz kimi, 6 fevral 2025-ci ildən etibarən İpoteka və Kredit Zəmanət Fondu (MCGF) tərəfindən bu il üçün ayrılmış ipoteka kreditləri üzrə limitlər çərçivəsində müraciətlər mümkün olacaq. Bu, mənzil sahibi olmaq istəyənlər üçün böyük bir fürsət yaradır. Bəs bu proses əmlak bazarına necə təsir göstərəcək?
Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, əmlak eksperti Ramil Osmanlı açıqlamasında bildirib ki, ipoteka limitlərinin açılması ilə bağlı müraciətlərin sayında artım müşahidə olunacaq və bu, psixoloji olaraq bazara təsir göstərəcək. Lakin qeyd olunan təsir qısamüddətli dövrü əhatə edəcək:
“Sadəcə tələbdən asılı olaraq ucuz və ipoteka üçün əlçatan olan, xüsusilə 200-250 min manata qədər olan mənzillərin qiymətində nisbi artımlar gözlənilir. Bu, hər il üçün xarakterik bir məsələdir. Ona görə də qiymət artımının ehtimalı nisbidir və qısa dövrü əhatə edə bilər”.
Ekspert qeyd edib ki, dəyəri 200-250 min manatdan aşağı olan mənzillər ipoteka predmeti kimi daha çox tələb olunur. Bu da köhnə yaşayış fondlarının yerləşdiyi və ipoteka üçün qəbul edilən layihələrin olduğu çoxmənzilli binalara aiddir:
“Məsələn, Əhmədli, Həzi Aslanov, Xalqlar Dostluğu, Neftçilər, Günəşli və Yasamal kimi ərazilər, həmçinin şəhər mərkəzindən kənarda olan ərazilərdə ipoteka üçün əlverişli mənzillər daha çox mövcuddur. Bu proses, müraciətlərin sayından asılı olaraq təklif qiymətlərində artım baş verəcək və bir müddətdən sonra tədricən səngiyəcək”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin