Hava ilə bağlı XƏBƏRDARLIQ
6 Fevral 2025
21:00 - 5 Fevral 2025
Yaponiyanın şimalındakı Hokkaydo bölgəsində rekord miqdarda qar yağıb.
Manset.az xəbər verir ki, bu haqda Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, son 12 saatda yağan qarın miqdarı Hokkaydo bölgəsindəki Obihiro şəhərində 120, Honbetsu şəhərində isə 85 santimetrə çatıb.
Səlahiyyətlilər hər iki şəhərə yağan qar miqdarının bütün zamanların ən yüksək səviyyəsi olduğunu açıqlayıb.
Qar yağması ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan olunub, vətəndaşlara tufan və çovğunla bağlı xəbərdarlıq edilib.
Hava şəraiti gündəlik həyata da mənfi təsir edib. Belə ki, Hokkaydo bölgəsində nəqliyyatın hərəkəti dayanıb, Obihiro və Vakkanai hava limanlarında da bütün uçuşlar ləğv edilib.
Səlahiyyətlilər qeyd edib ki, bölgədə elektrik enerjisi də kəsilə bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin