Fransada məktəb avtobusu sürücüləri saxlanıldı

20:50 - 5 Fevral 2025

Fransada məktəb avtobusu sürücüləri saxlanıldı

Fransada məktəb avtobusu sürücülərinin narkotik və alkoqol testi zamanı 40-dan çox narkotikdən istifadə faktı aşkarlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Fransua Buffe “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Nəqliyyat naziri Filipp Tabaro və hüquq-mühafizə qüvvələrimizlə birlikdə məktəb avtobusu sürücülərinə nəzarət etmək üçün əməliyyat keçirdik. İki gün ərzində aparılan 8 mindən testdən 44-də narkotik, 5-də spirtli içki aşkarlanıb”, - o yazıb.

Qeyd olunur ki, sürücülərin yoxlanılması cümə gününə qədər davam edəcək. Yoxlamalar yanvarın 30-da 15 yaşlı şagirdin ölümü və 24 həmyaşıdının yaralanması ilə nəticələnən məktəb avtobusu qəzasından sonra başlayıb. Şəhərkənarı şose ilə hərəkət edən avtobus yoldan çıxaraq xəndəyə düşüb. İlkin məlumata görə, qəzanın günahkarı insidentdən sonra qanında kannabis istifadəsinin izləri aşkar edilən sürücüdür.


Xəbər xətti

5 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin