Məşhur estetik cərrahlar lisenziyasız qaldı - FOTO
5 Fevral 2025
20:25 - 5 Fevral 2025
Böyük hesabla da qələbə qazana bilərdik.
Manset.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz"ə qarşı ilk oyundan sonra baş tutan mətbuat konfransında deyib.
O, qələbəyə görə sevincli olduqlarını bildirib:
“Bilirsiniz ki, kubok oyunlarına necə köklənmişik. Bu məqsədi qarşımıza stimul kimi qoymuşuq. Əlbəttə, çətin səfərdən qələbə ilə dönmək yaxşıdır. Amma bu hələ son deyil Çünki rəqibə epizodlar verdik. Hər cür hesab ola bilərdi. Böyük hesabla da qələbə qazana bilərdik. Əsas odur ki, bu matç o biri oyuna hazırlaşmaq üçün bizə yaxşı motivasiya və ümid verdi. Futbolçulara təşəkkür edirəm. Onlar da bunun “Neftçi” üçün əhəmiyyətini anlayırlar. Artıq Bakıya qayıdıb çempionat oyununa hazırlaşacağıq”.
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Neftçi" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin