Dəhşətli zəlzələdən 2 İL ÖTÜR
6 Fevral 2025
20:10 - 5 Fevral 2025
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı media nümayəndələri ilə görüş keçirib.
Manset.az xəbər verir ki, görüş zamanı ölkədəki ictimai-siyasi proseslər, informasiya təhlükəsizliyi, media sektorunun inkişafı və jurnalistlərin qarşılaşdığı çətinliklər müzakirə edilib. Tənzilə Rüstəmxanlı media ilə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayaraq, jurnalistlərin cəmiyyətə verdiyi töhfələrin önəmini qeyd edib. O, xüsusilə media azadlığı, jurnalistlərin hüquqlarının qorunması və informasiya siyasətində obyektivliyin təmin olunmasının əhəmiyyətini vurğulayıb.
Media nümayəndələri çıxış edərək, sektorun qarşılaşdığı problemləri, xüsusilə də informasiya manipulyasiyası və media məkanında peşəkarlığın artırılması məsələlərini diqqətə çatdırıblar. Görüş çərçivəsində həmçinin media qanunvericiliyi, jurnalistlərin etik prinsiplərə riayət etməsi və internet medianın inkişafı kimi məsələlər müzakirə olunub.
Tədbir səmərəli fikir mübadiləsi və media nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin