700 min nəfərin maaşı ARTACAQ
5 Fevral 2025
17:45 - 5 Fevral 2025
"Milli Məclisdə müzakirə olunan və birinci oxunuşda qəbul olunan məsələlərdən biri də "Sosial sığorta haqqında" qanuna, eyni zamanda Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı olub. Dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, əlilliyi olan və yaradıcılıqla məşğul olan şəxslər sənət nümunələrini və ya hər hansı bir məhsulları artıq özləri bazara çıxarıb satmağa ehtiyac qalmayacaq".
Manset.az Baku Tv-yə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
Komitə sədri əlavə edib ki, bundan həmin şəxslər müştəri tapmaq, bazara getmək kimi dərdləri olmayacaq və xüsusi hökumət portalı yaradılacaq:
"Elektron ticarət vasitəsilə əlilliyi olan şəxs öz əl işlərini ora təqdim etməklə elektron şəkildə bu məsələnin həllini tapacaq. Burada müştəri olaraq təkcə Azərbaycan vətəndaşı deyil, ünyanın hər yerindən bu portala qoşulan hər bir kəs əl işlərini ala biləcəkdir. Həmin şəxslər üçün cəmi 2 faiz simvolik vergi tətbiq olunacaq. Onlar həmçinin sığorta haqları və digər ödənişlərdən də azad olacaqlar".
Həm portalda qeydiyyatdan keçən hər bir əlilliyi olan şəxs özünün bank hesabını orada göstərəcəkdir və vəsait birbaşa bank hesabına daxil olacaqdır. Yəni, evdən çıxmadan həm özünün məhsulunu satacaq, həm də vəsait avtomatik onun bank hesabına köçəcək. Bunlar hamısı hökumət portalı vasitəsilə həyata keçiriləcək və o portalın açılması, ora qoşulması, onun idarə olunması, bütün xərcləri hökumət tərəfindən həyata keçiriləcək. Yəni, əlil olan şəxsə yaradıcılıqla məşğul olursa, hər hansı özünün yaratdığı rəsmi, yaxud da məhsulu elektron qeydiyyatdan keçməklə orada təqdim edə biləcək".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin