Ağdərədə silah-sursat aşkarlandı

17:36 - 5 Fevral 2025

Ağdərədə silah-sursat aşkarlandı

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.

 

Manset.az xəbər verir ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd RPK-74M, 1 ədəd AK-74M, 1 ədəd əl qumbaraatanı, 2 ədəd gecə görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.

Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir


Xəbər xətti

6 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin