Təyyarənin vurulmasına görə ilkin hesabatla bağlı Kremldən AÇIQLAMA

16:56 - 5 Fevral 2025

Təyyarənin vurulmasına görə ilkin hesabatla bağlı Kremldən AÇIQLAMA

“Kreml AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının araşdırılmasına dair Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatını şərh etmir”.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

“Bu, ilkin hesabatdır. Əlbəttə, bizim müvafiq qurumlarımız diqqətlə bunu təhlil edəcəklər. Rusiyanın Prezident Administrasiyasının bunu şərh etməsi mümkün deyil, bunu mümkün hesab etmirik”, - deyə Peskov qeyd edib.

Xatırladaq ki, “Reuters” agentliyi Azərbaycan hökumətindəki anonim mənbəyə istinadən yazıb ki, 2024-cü ilin dekabrında Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi “Pantsir-S” raketi ilə vurulub: “Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir parçası var, o, təyyarədən çıxarılıb və beynəlxalq ekspertizanın köməyi ilə müəyyən edilib”.


Xəbər xətti

5 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin