Məşhur estetik cərrahlar lisenziyasız qaldı - FOTO
5 Fevral 2025
16:56 - 5 Fevral 2025
“Kreml AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının araşdırılmasına dair Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatını şərh etmir”.
Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
“Bu, ilkin hesabatdır. Əlbəttə, bizim müvafiq qurumlarımız diqqətlə bunu təhlil edəcəklər. Rusiyanın Prezident Administrasiyasının bunu şərh etməsi mümkün deyil, bunu mümkün hesab etmirik”, - deyə Peskov qeyd edib.
Xatırladaq ki, “Reuters” agentliyi Azərbaycan hökumətindəki anonim mənbəyə istinadən yazıb ki, 2024-cü ilin dekabrında Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi “Pantsir-S” raketi ilə vurulub: “Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir parçası var, o, təyyarədən çıxarılıb və beynəlxalq ekspertizanın köməyi ilə müəyyən edilib”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin