“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.
Manset.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyi bildirilib.
2022-ci ildən komandada çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, braziliyalı futbolçu Macarıstan təmsilçisi “Ferensvaroş” ilə müqavilə imzalayacaq.