Ən nazik əriştələri əl ilə hazırladı: Dünya rekordu qırdı - FOTO

15:40 - 5 Fevral 2025

Ən nazik əriştələri əl ilə hazırladı: Dünya rekordu qırdı - FOTO

Çinli aşpaz ən nazik əriştələri əl ilə hazırlamaq üzrə yeni dünya rekordu müəyyənləşdirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Milanda televiziya verilişinin çəkiliş meydançasında çinli aşpaz Li Enhai əriştə bişirməkdə ustalığını nümayiş etdirərək tamaşaçıları və münsifləri heyran edib. O, cəmi 0,18 millimetr qalınlığında əriştələri əl ilə yaymağı bacararaq yeni dünya rekordu vurub.

Əvvəllər əllə hazırlanmış ən nazik əriştə sahibinin adı Enhainin özünə məxsus olsa da, sonradan rekordu başqa bir aşpaz qırıb. İndi çinli usta rekordçu titulunu geri qaytarıb.

Bu nailiyyət ənənəvi əriştə hazırlamaq sənətini vurğulamaqla yanaşı, kulinariya mükəmməlliyinin ən yüksək səviyyəsini nümayiş etdirir.

Chinese Man's Guinness World Record For Thinnest Handmade Noodles Reminds  Desis Of Indian Sweet Soan Papdi; Viral Video | Times Now

Making The World's Thinnest Noodle - Guinness World Records


Xəbər xətti

5 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin