700 min nəfərin maaşı ARTACAQ
5 Fevral 2025
14:38 - 5 Fevral 2025
Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslamın 960 manat kommunal borcunun olduğu üzə çıxıb. Məlum olub ki, xanım müğənni lift xidmətinə görə də ödəniş həyata keçirməyib. Bu xəbər bir sıra məsələləri gündəmə gətirib. Bəzi iddialara görə, yaşayış binalarında hər kvadratmetr üçün qiyməti binanın komendantının, idarəçisinin təyin etməsi qanunsuzdur. Bundan başqa bildirilir ki, kim neçə istəyir, elə də öz qiymətini elan edir. Nəticədə ödənişdə çətinlik yaranır.
Yaşadığımız binalarda kommunal ödəniş nədir? Orda qiymətlər necə və kimlər tərəfindən tənzimlənir? Bunu Nazirlər Kabineti təyin edir, ya MTK-lar?
Manset.az Globalinfo.az-a istinadən xəbər verir ki, əmlak eksperti Mülkədar Rüstəmovun fikrincə, əslində, sakinlər MTK-dan idarəetməni təhvil alıb, öz aralarında Həmkarlar İttifaqı yaratmalıdırlar.
Onun sözlərinə görə, sakinlər bunu etmək üçün Vergilər Nazirliyində könüllü məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyata düşməlidirlər:
"Belə olan halda yaratdıqları həmin ittifaq rəsmi və qanuni bir qurum kimi tanınacaq. Bundan sonra da mübahisə yaradacaq məsələləri heç kimdən asılı olmadan özləri həll edəcəklər. Yəni yaşadıqları binanı özləri idarə edə biləcək. Eyni zamanda kommunal xidmətlərin rüsumunu da sakinlər təyin etmiş olacaq. Bura isə mühafizə xidməti, xadimə, lift, işıq pulu və s. aiddir. Vətəndaşların müştərək məsuliyyətli cəmiyyət yaratması bu kimi problemləri kökündən bir dəfəlik həll etmək deməkdir. Təəssüf ki, bir çoxu belə hallardan xəbərsizdirlər".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin