Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan “Qayıdış” adlı gecə keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan konsert proqramını dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Polad Bülbüloğlu musiqisinin pərəstişkarları izləyiblər.
Əvvəlcə gecənin aparıcısı Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldüyünü bildirib, sərəncamın mətnini oxuyub.
Sonra Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qonşu ölkənin dövlət başçısının, Baş nazir və bir sıra hökumət üzvlərinin qocaman sənətkara yubiley təbriklərini çatdırıb.
Daha sonra konsert proqramı təqdim olunub. Xalq artisti Polad Bülbüloğlu onilliklərdir musiqisevərlərin könlünü oxşayan əsərlərini, xalq mahnımızı ifa edib.
Gecədə həmçinin Azərbaycanın Xalq artistləri – Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov, Moskva Böyük Teatrının solistləri Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva, Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov, Əməkdar artist Nərgiz Kərimova öz ifaları ilə gecəyə rəng qatıblar.
Tanınmış pianoçular, Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adigözəlzadənin müşayiətində müğənninin ifa etdiyi “Ave Mariya” (Dinara Əliyeva ilə duet) və “Sevgili canan” romansı xüsusi alqış doğurub.
Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) ifasında təqdim olunan “Uzundərə”, “Sarı gəlin” və başqa rəqslər maraqla qarşılanıb.
Konsertdə ifaçıları Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Konsert proqramının baş baletmeysteri Əməkdar artist Eteri Cəfərova, rejissoru Cavid İmamverdiyevdir.
Yubilyar sənətkarın ifasında “Şən Azərbaycan” mahnısı ilə başlayan gecə bəstəkarın “Odlar yurdum mənim” nəğməsi ilə başa çatıb.
Tamaşaçılar Azərbaycan musiqi mədəniyyətini əbədiyaşar əsərlərlə zənginləşdirən bəstəkarın 80 illik ömür və yaradıcılıq hesabatının təqdim olunduğu gecədən unudulmaz təəssüratla ayrılıblar.
Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan təntənəli gecədən FOTOLAR
12:50 - 05 Fevral 2025


















Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

"Doğma torpaq" bədii filminin premyerası keçirildi

“Nazirlə görüş teatr üçün əhəmiyyətli oldu” - Kazım Abdullayev

Uşaq İncəsənət Festivalında birinci seçim turu başladı

Özcan Dənizin serialı final edir - Diqqətçəkən AÇIQLAMA

Müğənninin 400 000 AZN-lik "Galendewagen"i - VİDEO

"Şuşa: İslam dünyasının mədəniyyət paytaxtı - 2024" ilinin təntənəli bağlanış mərasimindən FOTOLAR

Milli Xalça Muzeyində yeni layihə - FOTOLAR

Mədəniyyət Nazirliyi ilə ADA Universiteti əməkdaşlıq edəcək - FOTOLAR

Hafiz Paşayev Yaradıcı Mərkəzdə yaradılan şəraitlə tanış oldu - FOTOLAR

Adil Kərimli Akademik Milli Dram Teatrının kollektivi ilə görüşdü - FOTOLAR

İçərişəhərdə Xəttatlıq sənətinə həsr olunmuş sərgi açıldı - FOTOLAR

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlandı
Xəbər xətti
- 19 Aprel 2025
- 08:00 Elm adamları ABŞ-ni tərk edir
- 01:00 Təyyarə dovşana görə havada yandı
- 00:30 "Hababam sınfı"nın əfsanələri 50 illik yubileylərində bir araya gəldilər
- 18 Aprel 2025
- 23:56 ABŞ Çin gəmilərindən ödənişlər alacaq
- 23:40 Proqnozdan 6,7 milyon manat çox vəsait daxil oldu
- 23:17 Rusiya vətəndaşı olmayanlar da hərbi xidmətə gedə biləcək
- 22:51 Ağır yol qəzası oldu - Ölən və yaralananlar var
- 22:33 Azərbaycan Ordusunda YENİLİK
- 22:16 Media nümayəndələri üçün seminar keçirildi - FOTOLAR
- 22:00 “Qardaşımın yerini de, heç olmasa sümüklərini tapaq”
- 21:47 Torpaq sürüşmələri nəticəsində 3 nəfər həyatını itirdi
- 21:25 Premyer Liqada növbəti heç-heçə
- 21:09 "Whatsappdan"dan hamını sevindirəcək YENİLİK
- 20:59 Duzdan çox istifadə edənlərin NƏZƏRİNƏ: Diqqətli olun, yoxsa...
- 20:51 Giriş məlumatlarınız oğurlana bilər - Vətəndaşlara XƏBƏRDARLIQ
- 20:42 Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - DİN-dən ÇAĞIRIŞ
- 20:30 "Doğma torpaq" bədii filminin premyerası keçirildi
- 20:21 Xocalıda insanları necə öldürdüklərini etiraf etdi - Əmri o veribmiş
- 20:14 Azər Məmmədov vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR
- 20:02 "Cəsarət və sədaqət olmadan ədalət təmin edilmir"
- 19:55 “Instagram”dan yeniyetmələr üçün məhdudiyyətlər
- 19:46 Rusların 80%-i Putinə güvənir-Sorğu
- 19:35 Ölkəmizdə vəkillərin sayı 2609 nəfərə çatıb
- 19:27 Fizika qaydalarını alt-üst edən maddə - YENİ KƏŞF
- 19:21 Rusiya və Ukrayna əsir mübadiləsi edəcək
- 19:05 Avtobus və metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Dəyişikliklər olacaq
- 18:55 Bu qidalar stressə səbəb olur: YEMƏYİN...
- 18:44 Kamran Əliyev Milli Aviasiya Akademiyasında mühazirə oxuyub - FOTO
- 18:36 Prezident və ailəsi “Sea Breeze”də - Fotolar - YENİLƏNİB
- 18:27 Mərkəzin direktoru işdən çıxarıldı - Yerinə baş məsləhətçi gətirildi
- 18:21 Sahibə Qafarova Rusiyada mühüm iclasda çıxış etdi - FOTOLAR
- 18:12 Su basmış ərazilərdə tədbirlər görülür - VİDEO
- 18:04 Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - FOTO
- 17:55 Azad olunmuş ərazilərə bu qədər vəsait xərcləndi
- 17:48 Məhkəmə tiktokerlərlə bağlı qərarını ELAN ETDİ
- 17:45 Pulsuz internet inqilabı başlayır - Wi-Fi-yə ehtiyac qalmayacaq
- 17:39 Azərbaycanın dövlət borcunun MƏBLƏĞİ
- 17:25 “Nazirlə görüş teatr üçün əhəmiyyətli oldu” - Kazım Abdullayev
- 17:16 Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
- 17:15 Ukraynada səfərbərlik uzadıldı
- 17:06 “Müasir köçərilər”in kanal həyatı
- 16:30 Prezident pravoslav xristian icmasını təbrik etdi
- 16:18 Bu dərmanların istehsalına dair tələblər dəyişdi
- 16:00 "İlham Əliyevin Şimali Kiprlə bağlı bəyanatı mühüm addımdır" - Fərid Həsənzadə
- 15:55 Əl barmaqları yerinə ayaq barmaqları köçürüldü - Tibdə möcüzə
- 15:52 Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarıldı
- 15:28 Bakının bu küçələri bağlanır - Sürücülərin NƏZƏRİNƏ
- 15:21 38 yaşlı kapitanla müqavilə uzadıldı
- 15:06 Xarici diplomatlar Şuşada - FOTOLAR
- 14:59 3 övladının gözü önündə ərini öldürdü - Həbsdən azad edildi
- 14:51 Bakı-Quba yolunda QƏZA - Sürücü öldü

