Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan “Qayıdış” adlı gecə keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan konsert proqramını dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Polad Bülbüloğlu musiqisinin pərəstişkarları izləyiblər.
Əvvəlcə gecənin aparıcısı Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldüyünü bildirib, sərəncamın mətnini oxuyub.
Sonra Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qonşu ölkənin dövlət başçısının, Baş nazir və bir sıra hökumət üzvlərinin qocaman sənətkara yubiley təbriklərini çatdırıb.
Daha sonra konsert proqramı təqdim olunub. Xalq artisti Polad Bülbüloğlu onilliklərdir musiqisevərlərin könlünü oxşayan əsərlərini, xalq mahnımızı ifa edib.
Gecədə həmçinin Azərbaycanın Xalq artistləri – Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov, Moskva Böyük Teatrının solistləri Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva, Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov, Əməkdar artist Nərgiz Kərimova öz ifaları ilə gecəyə rəng qatıblar.
Tanınmış pianoçular, Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adigözəlzadənin müşayiətində müğənninin ifa etdiyi “Ave Mariya” (Dinara Əliyeva ilə duet) və “Sevgili canan” romansı xüsusi alqış doğurub.
Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) ifasında təqdim olunan “Uzundərə”, “Sarı gəlin” və başqa rəqslər maraqla qarşılanıb.
Konsertdə ifaçıları Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Konsert proqramının baş baletmeysteri Əməkdar artist Eteri Cəfərova, rejissoru Cavid İmamverdiyevdir.
Yubilyar sənətkarın ifasında “Şən Azərbaycan” mahnısı ilə başlayan gecə bəstəkarın “Odlar yurdum mənim” nəğməsi ilə başa çatıb.
Tamaşaçılar Azərbaycan musiqi mədəniyyətini əbədiyaşar əsərlərlə zənginləşdirən bəstəkarın 80 illik ömür və yaradıcılıq hesabatının təqdim olunduğu gecədən unudulmaz təəssüratla ayrılıblar.
Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan təntənəli gecədən FOTOLAR
12:50 - 05 Fevral 2025


















Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlanır

Hacı Nuran bu dəfə onunla foto paylaşdı

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTOLAR

Post-prodakşn müsabiqəsinin qalibləri açıqlandı

“Məclisdə 5 qızı Nanə Ağamalıyeva bilmişəm” - Elgiz

"Doğma torpaq" bədii filminin premyerası keçirildi - FOTOLAR

“Azərbaycanın arxeoloji irsinin qorunması” mövzusunda seminar keçirildi - FOTO

“Nazirlə görüş teatr üçün əhəmiyyətli oldu” - Kazım Abdullayev

Uşaq İncəsənət Festivalında birinci seçim turu başladı

Özcan Dənizin serialı final edir - Diqqətçəkən AÇIQLAMA

Müğənninin 400 000 AZN-lik "Galendewagen"i - VİDEO

"Şuşa: İslam dünyasının mədəniyyət paytaxtı - 2024" ilinin təntənəli bağlanış mərasimindən FOTOLAR
Xəbər xətti
- 19 Aprel 2025
- 21:54 Bu yolda təmir işləri aparılacaq
- 21:33 Azərbaycan katolikləri Pasxanı qeyd edirlər
- 21:01 "Sabah" qalib gəldi
- 20:44 Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- 20:21 Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
- 20:06 Məhkəmədən tiktokerlər Nuh və "Xan" barəsində QƏRAR
- 19:50 Romada İran-ABŞ danışıqları başa çatdı
- 19:39 Atəşkəs əmrinə Zelenskidən İLK REAKSİYA
- 19:14 Suçəkmə işləri davam edir - Video
- 18:38 Putin Ukraynada “Pasxa atəşkəsi” elan etdi
- 18:12 Çin ABŞ-dan LNG almağı dayandırdı
- 18:05 Bu şagirdlər sabah imtahanda iştirak edə bilməyəcəklər - SƏBƏB
- 17:59 “Google” inhisarçılıqda təqsirli bilindi
- 17:52 Mahir Emreli "Nürnberq"in heyətində dubl edib
- 17:47 Azərbaycanda reabilitasiyadan keçən ukraynalı uşaqların sayı
- 17:41 Ağstafada dəhşətli qəza - Xəsarət alanlar var
- 17:32 Azərbaycanda kolbasa istehsalı azaldı - Statistika
- 17:24 Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlanır
- 17:19 Gürcüstanda zəlzələ oldu
- 17:12 Qazaxda 4 nəfər dəm qazından zəhərləndi
- 16:59 Günəş aktivliyi nə vaxt azalacaq?-ARAŞDIRMA
- 16:40 Bu obyektlər cərimə olunacaqlar - 6000 manat
- 16:29 Azərbaycanda zəlzələ oldu
- 16:19 Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində - FOTO
- 16:02 "Qarabağ" - "Neftçi" matçına nə qədər bilet satılıb?
- 15:52 Bu küçədə hərəkət məhdudlaşdırılacaq
- 15:46 "Hər şey Ermənistan tərəfinin addımından asılıdır"
- 15:44 Əsnəmək təhlükəli ola bilər - XƏBƏRDARLIQ
- 15:29 Putin Oman Sultanı ilə danışıqlar aparacaq
- 15:27 Bulvarda dənizdən meyit tapıldı
- 15:14 Azərbaycandan Gürcüstana təcili dəstək
- 15:09 8000 mAh batareyaya malik smartfon təqdim edildi-İlk dəfə
- 15:02 Medvedevdən Avropaya MƏSLƏHƏT
- 14:53 "Açıq qalan Qarabağ məsələsi yoxdur"-Ceyhun Bayramov
- 14:50 Tanınmış futbolçu qəzada öldü
- 14:37 ABŞ Krımı Rusiya kimi tanıya bilər
- 14:29 Bu mebel fabrikinin fəaliyyəti dayandırıldı
- 14:25 Bakıda silah-sursat aşkarlandı
- 14:09 Hacı Nuran bu dəfə onunla foto paylaşdı
- 14:02 2 futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ
- 13:45 Soyuducuda 4 kq narkotik gizlədənlər saxlanıldı - FOTO
- 13:38 2 bacı birləşib 14 su sayğacı oğurladılar
- 13:33 Dərnəgül yolunda təmirə görə TIXAC yarandı
- 13:14 Qubada bağlanan yol açıldı - YENİLƏNİB
- 13:09 Səfərə çıxan sürücülərin NƏZƏRİNƏ
- 12:54 Bazar günü hava necə olacaq? - PROQNOZ
- 12:45 Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTOLAR
- 12:35 Şadlıq evində zəhərlənənlərin sayı ARTDI
- 12:30 İnsan ölümləri daha çox bu fəsildə baş verir - XƏBƏRDARLIQ
- 12:14 Bu qurumun işçilərinin sayı artırıldı
- 12:12 “İnsanlar gömrük ödənişlərinə tərəddüdlə yanaşırlar”

