Onların da sertifikatı ləğv olundu - FOTO
5 Fevral 2025
12:26 - 5 Fevral 2025
Turkish Airlines şirkəti fevralın 5-i və 6-na planlaşdırılan onlarla reysin ləğv edildiyini açıqlayıb. Ləğv edilməsinə əsas səbəb sinoptiklərin proqnozlaşdırdığı güclü qar və külək olub.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Şəhərə gözlənilən qar yağması ilə əlaqədar olaraq aviaşirkətimizin İstanbul Hava Limanından (İST) qalxan və oradan gələn bəzi reysləri fevralın 5-i və 6-sı ləğv edilib", - aviaşirkətin nümayəndəsi Yəhya Üstyun bildirib.
Ləğvlər Türkiyədəki daxili reyslərə, habelə Sürix, Vyana, Münhen və Ştutqart daxil olmaqla digər beynəlxalq istiqamətlərə də təsir edib. Aviaşirkət sərnişinləri hava limanına getməzdən əvvəl uçuşların statusunu yoxlamağa çağırır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin