Ukraynada növbəti seçkilər nə vaxt olacaq? - Zelenskidən cavab

12:10 - 5 Fevral 2025

Ukraynada növbəti seçkilər nə vaxt olacaq? - Zelenskidən cavab

Prezident Vladimir Zelenski bildirib ki, Ukraynada seçkilər çox vacibdir, lakin onlar yalnız müharibənin qaynar mərhələsi başa çatdıqdan və hərbi vəziyyət ləğv edildikdən sonra keçirilə bilər.

 

Manset.az xəbər verir ki, Zelenski bunu britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib

"Seçkilər müharibənin qaynar fazasının başa çatmasından və hərbi vəziyyətin ləğvindən sonra keçiriləcək. Biz demokratiyanı müdafiə edirik və seçkilər son dərəcə vacibdir. Amma düzünü deyək: indi hərbi vəziyyətə son qoymaq Putinin tam istədiyidir" - Zelenski deyib.

Zelenski izah edib ki, hərbi vəziyyət ləğv edilərsə, Ukrayna ordusunun əksəriyyəti vətənə qayıdacaq, çünki bu, insanların qanuni hüququdur.

"Bəs onda Ukraynanı kim müdafiə edəcək? Təhlükəsizlik zəmanəti olmasa, Rusiya yenidən Ukraynanı işğal edəcək", - Prezident əmindir.

Legitimliyindən danışan Zelenski xatırladıb ki, o, ukraynalıların 73%-i tərəfindən seçilib.


Xəbər xətti

5 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin