Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
5 Fevral 2025
10:55 - 5 Fevral 2025
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Ukrayna münaqişəsinin həlli ilə bağlı “çox müsbət danışıqların” olduğunu deyib. Onun sözlərinə görə, Amerika tərəfi həll yolu tapmaq üçün həm Moskva, həm də Kiyevlə əlaqə saxlayır.
Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla belə, siyasətçi bu təmasların təfərrüatlarını açıqlamayıb.
"Düşünürəm ki, çox müsbət danışıqlarımız olub. Biz Rusiya və Ukrayna kontekstində çox işləyirik", – Tramp vurğulayıb.
Eyni zamanda, Amerika lideri əmin olduğunu bildirib ki, sülhə nail olmaq üçün göstərilən səylər öz bəhrəsini verir. O, regionda vəziyyətin sabitləşməsi üçün dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin