Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
5 Fevral 2025
10:43 - 5 Fevral 2025
Prezident Vladimir Zelenski Rusiyaya qarşı müharibədə 45 100 Ukrayna əsgərinin həlak olduğunu, daha 390 000 əsgərin isə yaralandığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski bunu britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib
Rusiya itkilərinə gəlincə, Zelenskinin sözlərinə görə, Rusiya Federasiyası təxminən 350 min əsgərini itirib. Daha 50-70 min nəfər itkin düşmüş hesab edilir, 600-700 min nəfər isə yaralanıb.
Zelenski əlavə edib ki, itkin düşən və əsir düşənlərin sayı ilə bağlı problemlər var: o, dəqiq rəqəm deyə bilməz, lakin Ukrayna bunun üzərində işləyir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin