Nazir onlara yüksək vəzifə verdi

10:25 - 5 Fevral 2025

Nazir onlara yüksək vəzifə verdi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində yeni təyinatlar olub.


Agentlikdən Manset.az-a verilən məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin iki müvafiq əmri ilə Vəfa Yaqublu və Arslan Hacıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyin olunublar.

Bildirilib ki, Vəfa Yaqublu müxtəlif dövrlərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim, Təhsil Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifələrində çalışıb.

Arslan Hacıyev isə 2012-2022-ci bir sıra dövlət qurumlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.


Xəbər xətti

5 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin