Amerikalılar Çindən sifarişlərin qəbulunu dayandırdı

10:09 - 5 Fevral 2025

Amerikalılar Çindən sifarişlərin qəbulunu dayandırdı

Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti (USPS) Çin və Honq-Konqdan (Çinin tərkibindəki muxtar bölgə) sifarişlərin və məktubların qəbulunu dayandırıb.

 

Manset.az xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.

Nəşr yazır ki, USPS vəziyyətlə bağlı heç bir rəsmi bildiriş göndərməyib və ya açıqlama verməyib. Eyni zamanda, Çindən məktub və bağlamalar almağa davam edirik.

ABŞ Poçt Xidmətinin qərarının Çinin cavab tarifləri və rüsumları ilə bağlı olub-olmaması hələlik qeyri-müəyyən olaraq qalır.


Xəbər xətti

5 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin