Konqoda üsyançılar paytaxtı ələ keçirdi

00:18 - 5 Fevral 2025

Konqoda üsyançılar paytaxtı ələ keçirdi

Konqo Demokratik Respublikasının Qoma şəhərində ordu ilə M23 üsyançı qrupu arasında toqquşmalar səngiyib.

 

Manset.az xəbər verir ki, üsyançılar Qoma şəhərinə nəzarəti ələ keçiriblər. Məlumata görə, üsyançılar şəhərə nəzarəti ələ keçirəndən sonra atəşkəs elan ediblər.

Qeyd edək ki, üsyançılar bundan əvvəl Şimali-Kivu əyalətinin paytaxtı Qoma şəhərini mühasirəyə almışdılar. Qoma şəhəri 2012-ci ildə üsyançıların nəzarətinə keçsə də, təhlükəsizlik qüvvələri tərəfindən geri alınıb. Konqo Demokratik Respublikası Ruandanın qızıl, koltan və kobalt kimi minerallarla zəngin əraziləri öz maraqları naminə işğal etməyə çalışan üsyançılara dəstək verdiyini irəli sürür. Ruanda bu iddiaları rədd edir.


Xəbər xətti

5 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin