Almaniya Prezidenti Türkiyəyə gedəcək

00:05 - 5 Fevral 2025

Almaniya Prezidenti Türkiyəyə gedəcək

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Türkiyəyə səfər edəcək.

 

Manset.az xəbər verir ki, bununla bağlı Türkiyə prezidentinin Kommunikasiyalar üzrə Direktoru Fahrettin Altun məlumat yayıb.

Onun sözlərinə görə, səfər çərçivəsində keçiriləcək danışıqlarda Türkiyə-Almaniya əlaqələrinin bütün aspektləri, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq, müzakirə olunacaq:

“Səfər çərçivəsində keçiriləcək danışıqlarda Türkiyə-Almaniya əlaqələri başda müdafiə sənayesi sahəsində əməkdaşlıq olmaqla bütün ölçüləri ilə müzakirə olunacaq. Bu çərçivədə Almaniyadakı türk icmasının vəziyyəti də müzakirə ediləcək”.

Görüşlərdə Türkiyə-Avropa İttifaqı münasibətləri və aktual regional məsələlər ətrafında fikir mübadiləsinin aparılacağı da nəzərdə tutulur.


Xəbər xətti

5 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin