"Avroviziya 2025" təmsilçilərimiz onlar oldu

21:25 - 4 Fevral 2025

İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya 2025” musiqi yarışmasında Azərbaycanı "Mamagama" qrupu təmsil edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov məlumat verib.

Bildirilib ki, qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.

"Mamagama" 2021-ci ildə yaradılıb. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən "Kënga Magjike" beynəlxalq musiqi festivalında uğur qazanıb.

"Mamagama" 3 nəfərdən ibarətdir:

Asəf – Frontmen və əsas vokalçı,

Hass – Gitara ifaçısı,

Arif – Zərb alətləri.


Xəbər xətti

4 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin