DYP-dən sürücülərə MÜRACİƏT
4 Fevral 2025
17:08 - 4 Fevral 2025
Suriya Ərəb Respublikasının Prezidenti Əhməd əş-Şaara ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bazar günü o, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib və burada görüşlər keçirib. Daha sonra paytaxtı tərk edərək onlar Məkkəyə gəlib, ümrə ziyarətinə qatılıblar.
Əhməd əş-Şaaranın səfərini həyat yoldaşı Lətifə Əl-Şara, həmçinin Suriyanın xarici işlər naziri Əsəd Şeybani müşayiət edib. Bu, Lətifə Əl-Şaranın ilk dəfə rəsmi fotoşəkillərə çəkildiyi hadisə olub.
Lətifə Əl-Şara ərəb ədəbiyyatı üzrə ali təhsil alıb. Onun Homs yaxınlığında yerləşən Əl-Qaryatayn şəhərində anadan olduğu deyilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin