"Zəngəzur Koridorunun Strateji Əhəmiyyəti, Cənubi Qafqazın Gələcəyi" məzmunda geniş müzakirə - FOTO
4 Fevral 2025
17:35 - 4 Fevral 2025
Deputat Aqil Abbasın Milli Məclisin fevralın 3-də keçirilən plenar iclasında etdiyi çıxış müzakirələrə səbəb olub. O, "arvad boğuşması" ifadəsini səsləndirməsinə görə Milli Məclisin sədri Sahibə Qafarovanın iradına tuş gəlib. Milli Məclisin spikeri Sahibə Qafarova Aqil Abbasa irad bildirərək, "arvad boğuşması, arvad davası, bu, parlament sözüdür?" - deyə soruşub.
Manset.az Globalinfo.az-a istinadən xəbər verir ki, Aqil Abbas spikerin haqlı irad bildirdiyini qeyd edib:
"Əslində, Sahibə xanım düz deyir. İradı normal qəbul edirəm. Doğrudan da, o söz parlamentdə deyilməli deyildi. Sadəcə, çıxış zamanı fikrimi yazıçı kimi dilə gətirmişəm. Mənim o sözümü təhqir bilənlərdən üzr istəyirəm".
Xatırladaq ki, "arvad" sözü vaxtaşırı narazılığa, tənqidə səbəb olur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin