DYP-dən sürücülərə MÜRACİƏT
4 Fevral 2025
16:34 - 4 Fevral 2025
“Reklam haqqında” qanun Azərbaycan Respublikasının ərazisində olan reklam istehlakçılarına ünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarına da şamil ediləcək.
Manset.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, rəqəmsal platforma təsirçisi reklam subyektləri sırasına daxil edilir.
Qeyd edək ki, rəqəmsal platforma təsirçisi dedikdə maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs nəzərdə tutulur.
Rəqəmsal platforma təsirçisi sırasına blogerlər və s. daxildir.
Beləliklə, blogerlər reklama görə vergi də verməli olacaqlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin