Prezident “Vətən” İdman Liseyində - FOTO
4 Fevral 2025
12:02 - 4 Fevral 2025
"Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu "İnter Mayami"nin argentinalı forvardı Lionel Messi ilə rəqabətindən danışıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“15 il futbol səhnəsini bölüşmüşük və həmişə yaxşı münasibətimiz olub. Yadımdadır, hətta bir dəfə onun üçün ingilis dilinə nəsə tərcümə etmişdim, gülməli olmuşdu. O, həmişə mənimlə yaxşı rəftar edib, öz klubunu və komandasını müdafiə edib, mən də özümüzküləri müdafiə etmişdim. Biz bir-birimizi motivasiya edirdik, Senna və Prost kimi ədalətli mübarizə apardığımız illər olub”, - Ronaldunun sözlərini Marca sitat gətirir.
Xatırladaq ki, Messi səkkiz, Ronaldu da öz növbəsində karyerası ərzində 5 “Qızıl top” qazanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin