Prezident “Vətən” İdman Liseyində - FOTO
4 Fevral 2025
11:35 - 4 Fevral 2025
Rusiya Prezidenti Vladimir Putin “Eurovision”un analoqu olan “İntervision” musiqi müsabiqəsinin 2025-ci ildə keçirilməsi barədə göstəriş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, müvafiq fərman imzalayıb, sənəd hüquqi aktların saytında dərc olunub.
Sərəncama əsasən, “İntervision” beynəlxalq mədəni-humanitar sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə keçirilir. Müsabiqənin Moskva və Moskva vilayətində keçiriləcəyi gözlənilir.
“İntervision” müsabiqəsi 1970-1980-ci illərdə sosialist ölkələrində keçirilib. Rusiya Mədəniyyət Nazirliyinin rəhbəri Olqa Lyubimova 2023-cü ilin noyabrında bu müsabiqəyə qayıtmağı təklif edib. Həmin ilin dekabrında Rusiyanın Baş naziri Mixail Mişustin Sankt-Peterburqda “İntervision”un keçirilməsi üçün 600 milyon rubl ayrılması haqqında sərəncam imzalayıb. Məlumata görə, Azərbaycan, Çin, Özbəkistan, Qazaxıstan və Belarus müsabiqədə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin