AFFA rəsmiləri UEFA-dan təyinat aldılar

11:37 - 4 Fevral 2025

AFFA rəsmiləri UEFA-dan təyinat aldılar

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva və qurumun Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva beynəlxalq təyinat alıblar.

 

Manset.az xəbər verir ki, onlar UEFA Gənclər Liqasının matçlarında iş başında olacaqlar.

K.Mehdiyeva fevralın 11-də gerçəkləşəcək "Dinamo" (Ukrayna) - "Atalanta" (İtaliya), Z.Ağayeva isə növbəti gün "Trabzonspor" (Türkiyə) - "Yuventus" (İtaliya) qarşılaşmasında UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, ilk oyun Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda, ikinci görüş isə Trabzonda oynanılacaq.


Xəbər xətti

4 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin