Prezident “Vətən” İdman Liseyində - FOTO
4 Fevral 2025
11:00 - 4 Fevral 2025
ABŞ və Avropada "Nimesil" dərman vasitəsi qadağan olunub. Buna səbəb isə "nimesil"in çoxsaylı fəsadlarıdır. Sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır. Bəs, Azərbaycanda bu preparat qadağan oluna bilərmi?
Manset.az Xəzər Xəbərə istinadən bildirir ki, əczaçı Xəyalə Behbudovanmın sözlərinə görə, hazırda "nimesil" ən çox alınan dərman preparatlarındandır.
Tibb universitetinin dosenti, farmakoloq Aydın Əliyev bildirib ki, sözügedən dərmanın həkim resepti olmadan istifadəsi yolverilməzdir.
Qeyd olunan preparatın ölkəmizdə qadağan olunması məsələsinə gəldikdə isə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, nimesulid tərkibli dərman vasitələrinin qadağan edilməsi və ya məhdudlaşdırılması ilə bağlı qərarlar milli tənzimləmə yanaşmalarından asılıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin