Prezident “Vətən” İdman Liseyində - FOTO
4 Fevral 2025
10:11 - 4 Fevral 2025
İspaniya polisi məşhur moda şəbəkəsindən dəyəri 1 milyon avrodan çox olan 84 minə yaxın geyim oğurlayan 11 nəfəri saxlayıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisəni törədən şəxslər Alikante şəhərində saxlanılıb. Onların bəziləri nəqliyyat şirkətində işləyib.
Polis "Zara" və "Lefties" mağazalarından olan geyimlərin küçə bazarlarında orijinal marka etiketləri ilə və bazar dəyərindən xeyli aşağı qiymətə satıldığını aşkar edib.
Ümumilikdə 83,9 min ədəd geyim oğurlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin