Türkiyədə məktəb avtobusu qəzaya düşdü: 10 yaralı - FOTO

23:20 - 3 Fevral 2025

Türkiyədə məktəb avtobusu qəzaya düşdü: 10 yaralı - FOTO

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda şagird və müəllimləri daşıyan avtobus minik maşını ilə toqquşub.

 

Manset.az xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.

Qəzada 6-sı şagird olmaqla 10 nəfər yaralanıb.

Zərbənin təsirindən hər iki avtomobil aşıb, mikroavtobusda olan şagirdlər və sürücülər xəsarət alıb. Qəzada tələbələr Elif Su T. (10), Mehmet Yusuf A. (12), Nilhan A. (7), Mehmethan G. (8), Zəhra A. (8), Elif K. (7), Semih T. (30) və məsləhətçi Gizem A. (24) də yaralanıb.

Hadisə yerinə aidiyyəti orqanların nümayəndələri cəlb edilib.



Xəbər xətti

4 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin