Tramp Meksika mallarına rüsumları bir ay müddətinə dayandırdı

22:50 - 3 Fevral 2025

Tramp Meksika mallarına rüsumları bir ay müddətinə dayandırdı

ABŞ Prezidenti Donald Tramp Meksika mallarına tətbiq edilən rüsumları bir ay müddətinə dayandırıb.

 

Manset.az xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum “X” sosial şəbəkəsində ABŞ lideri ilə telefon danışığından sonra bildirib.

“Bu andan etibarən ABŞ-də tətbiq olunan tariflər bir ay müddətinə dayandırılır”, - o deyib.

Öz növbəsində Tramp da bu məlumatı “Truth Social” sosial şəbəkəsində təsdiqləyib. O, həmçinin əlavə edib ki, Şeynbaum qeyri-qanuni immiqrasiya və narkotik ticarəti ilə mübarizəni gücləndirmək üçün ABŞ sərhədinə 10 min Meksika əsgərinin yerləşdirilməsi ilə razılaşıb.

“İndicə Meksika Prezidenti Klaudiya Şeynbaumla danışdım. Bu, çox mehriban söhbət oldu və o, Meksika ilə ABŞ arasındakı sərhədə dərhal 10 min meksikalı hərbçi yerləşdirməyə razılıq verdi”, - Amerika administrasiyasının rəhbəri deyib.

Onun verdiyi məlumata görə, bu hərbçilər qanunsuz miqrant axınının dayandırılmasına cavabdeh olacaqlar. Tramp həmçinin vurğulayıb ki, Vaşinqton tərəfdən Meksika ilə gələcək danışıqları Dövlət katibi Marko Rubio, maliyyə və ticarət nazirləri Skott Bessent və Hovard Lutnik aparacaq.


Xəbər xətti

4 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin