Leobankda problem yarandı - Müştərilər "Unibank"ı tənqid etdi
4 Fevral 2025
22:15 - 3 Fevral 2025
“Cathey Pasific” aviaşirkətinin Honq Konq – London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Manset.az xəbər verir ki, bu haqda Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
“Airbus A350” təyyarəsi yerli vaxtla saat 19:08-də hava limanına uğurla eniş edib.
Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.
Qeyd olunub ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin