Rusiya ilə sərhəddə postlar quraşdırılıb? - RƏSMİ
3 Fevral 2025
19:45 - 3 Fevral 2025
Suriyanın müvəqqəti Prezidenti Əhməd Şaara (Culani) türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Ankaraya səfər edəcək.
Manset.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Suriya liderinin Ankarada prezident iqamətgahında kiçik və böyüktərkibli görüşlər keçirəcəyi qeyd olunub.
Danışıqlarda Suriyadakı son hadisələrin bütün aspektlərlə müzakirə ediləcəyi, iqtisadiyyatın dirçəlməsi, davamlılığı üçün iki ölkənin atacağı ortaq addımların, ölkədəki sabitlik və təhlükəsizliyin qiymətləndiriləcəyi bildirilib.
Habelə, keçid administrasiyasına və Suriya xalqına verilə biləcək dəstək də müzakirə ediləcək.
Qeyd edək ki, sonuncu dəfə Suriyanın devrilmiş lideri Bəşər Əsəd 2007-ci ildə Türkiyəyə rəsmi səfər edib.
Daha sonra onun dəvəti ilə Türkiyə prezidenti Abdullah Gül 15 may 2009-cu ildə Suriyaya səfər edib.
Bu, Türkiyədən Suriyaya ilk prezident səfəri kimi tarixə düşüb. Həmin səfərdə Türkiyə nümayəndə heyətinə Xarici İşlər Naziri Əhməd Davudoğlu, Xarici Ticarətdən Məsul Dövlət Naziri Zəfər Çağlayan və Mədəniyyət və Turizm Naziri Ərtoğrul Günay daxil idi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin