Rusiya ilə sərhəddə postlar quraşdırılıb? - RƏSMİ
3 Fevral 2025
18:05 - 3 Fevral 2025
Bu gün Milli Məclislə yanaşı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisində də 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib.
Manset.az Modern.az-a istinadən iclasda Ali Məclisin qanunvericilik işləri planının təsdiqi, Hesablayıcı və İntizam komissiyalarının yaradılması məsələlərinə baxılıb.
Aparılan müzakirələrdən sonra gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
İclasa Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov rəhbərlik edib. Ancaq iclasın gündəliyində Ali Məclisə sədr seçilməsi məsələsi yer almayıb.
Qeyd edək ki, Vasif Talıbovun 2022-ci ildə Naxçıvan Ali Məclisi sədri vəzifəsindən istefa verməsindən sonra quruma sədr seçilməyib. Sonuncu parlament seçkilərindən sonra Ali Məclisin ilk iclasında sədr seçilməsi məsələsi gündəliyə salınıb. Ancaq Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənməyib. Sədrin səlahiyyətlərini Bəxtiyar Məmmədov icra edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin