Bu şəxslərə yaşayış sahələri veriləcək
3 Fevral 2025
16:56 - 3 Fevral 2025
Prezident İlham Əliyevin Sərəncamı ilə Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Manset.az Rüfət Əzizovun tərcümeyi-halını təqdim edir.
Rüfət Eyvaz oğlu Əzizov 7 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq-müsabiqədən kənar qəbul olub və 2003-cü ildə kimya ixtisası üzrə məzun olduqdan sonra həmin ali məktəbdə elmi-işçi vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etməklə universitetdə aspirantura təhsilini davam etdirib, 2006-cı ildə dissertasiya işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini alıb.
2008-ci ildə London Materiallar İnstitutunun peşəkar üzvlüyünə qəbul olub və Böyük Britaniya elmi cəmiyyəti tərəfindən “Chartered Scientist” elmi adına layiq görülüb. 2014-2016-cı illərdə ADA və Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020-ci illərdə isə Oksford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, “Executive MBA” proqramını bitirib.
2005-2012-ci illərdə BP şirkətində mühəndis kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 7 yanvar tarixli əmri ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin edilib.
O, İlham Əliyevin 13 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Ailəlidir, iki övladı var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin