Bu nazirliyin işçilərinin sayı artırıldı

16:35 - 3 Fevral 2025

Bu nazirliyin işçilərinin sayı artırıldı

Prezident İlham Əliyev Azərbaycan İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

 

Manset/az xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin ştat vahidləri artırılıb. Qərara əsasən, nazirliyin strukturuna daxil olan qurumların ümumi işçi sayı 3324 nəfərə çatdırılıb. Bunun 2641-i vəzifəli şəxs, 683-ü isə xidmət heyətidir.

Bundan əlavə, fərmanda “4494” rəqəmlərinin “5651” ilə əvəz edilməsi, həmçinin nazirliyin ştat sayına və strukturuna dair dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.


Xəbər xətti

3 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin