Pensiyalar fevralın 1-dən artırılır - Qanun təsdiqləndi

16:00 - 3 Fevral 2025

Pensiyalar fevralın 1-dən artırılır - Qanun təsdiqləndi

Fevralın 1-dən Azərbaycanda əmək pensiyasının minimum məbləğinin 320 manat müəyyən olunması ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.

 

Manset.az xəbər verir ki, dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi “Əmək pensiyaları haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.

Bundan əvvəl əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib. 


Xəbər xətti

3 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin