Paytaxtda yeni yolun inşasına start verildi - VİDEO/FOTO
3 Fevral 2025
14:20 - 3 Fevral 2025
Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa fevralın 4-də Türkiyəyə səfər edəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib.
"Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-ü çərşənbə axşamı Ankaraya səfər edəcək. Danışıqlar zamanı Suriyada baş verən son hadisələr bütün aspektləri ilə müzakirə olunacaq və müvafiq qiymətləndirmə aparılacaq. İqtisadiyyatı bərpa etmək, Suriyada davamlı sabitlik və təhlükəsizliyi təmin etmək üçün iki ölkənin atmalı olduğu birgə addımlar atılacaq”, - Altun X-sosial şəbəkəsində yazıb.
O əlavə edib ki, “Türkiyənin çoxtərəfli platformalarda Suriyadakı keçid hakimiyyətlərinə verə biləcəyi dəstək” məsələsi də müzakirə olunacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin